13 Dekabr 2018 17:20
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna istədiyi namizədin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu postda Belarus Təhlükəsizlik şurasının başçısı Stanislav Zası görmək istədiyini bildirib.

Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən irəli sürülən namizədi dəstəklədiyini diqqətə çatdırıb.

O, Stanislav Zasın peşəkar hərbçi olduğunu və bu posta ən layiqli namizəd olduğunu deyib.

Qeyd edək ki, rəsmi İrəvan KTMT-də rəhbərliyin hələ 2020-ci ilədək Ermənistanda qalmalı olduğunu bildirib.

Ermənistanda barəsində cinayət işi açıldığına görə, KTMT-nin baş katibi Yuri Xaçaturovun vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılmasından sonra, dönəm rəhbərliyi İrəvandan alınıb. Lakin buna baxmayaraq, Ermənistan rəhbərliyi postun İrəvanda qalmasına təkid edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər