20 Dekabr 2018 15:18
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gərginlik Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması ilə nəticələnə bilər. Bu ehtimal özünü doğrultsa, çox güman ki, Dağlıq Qarabağda qısamüddətli müharibə başlayacaq”.

Ermənistan-Rusiya gərginliyini Teleqraf.com-a şərh edən politoloq Azər Qasımlı belə deyib.

Politoloq tərəflər arasındakı gərginliyin Ermənistan daxilində çaxnaşmalara gətirib çıxaracağını istisna etmir: “Bundan başqa, Ermənistanın tamamilə Qərbə yönəlməsi ehtimalı da yüksəkdir. Əlbəttə, Ermənistanda hakimiyyət çevrilişi və vətəndaş müharibəsi baş verməsə, bu ehtimal özünü doğruldacaq. Rusiyanın əli ilə Ermənistan daxilində vətəndaş müharibəsi, hansısa formada qarşıdurma ssenarisinin həyata keçirilməsi mümkündür.

Başqa sözlə, Ermənistan-Rusiya münasibətlərində radikal dəyişikliklər baş versə, ilk növbədə İrəvan tamamilə Qərbə yönələcək, ikinci növbədə isə bu dəyişiklik vətəndaş müharibəsi və hakimiyyət çevrilişi ilə nəticələnə bilər. Birinci ehtimalın daha yüksək olduğunu düşünürəm”.

Azər Qasımlı münasibətlərdəki radikal dəyişikliyin baş verib-verməyəcəyi ehtimalına da münasibət bildirib: “Münasibətlərin radikal formada dəyişəcəyini demək çətindir, amma bu gözlənti o qədər yüksək deyil. Hesab edirəm ki, Rusiya tərəfi elan etdiyi bu fasiləni Nikol Paşinyanın daxili reytinqinin düşməsinədək davam etdirəcək.

Hələ ki Paşinyanın daxili reytinqi yüksəkdir. Rusiya çalışacaq ki, Paşinyanın reytinqi aşağı düşsün. Buna görə də, Paşinyanın həyata keçirmək istədiyi islahlara mane olmağa çalışacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər