12 Fevral 2019 14:15
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fevralın 15-də 55-ci Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı başlayacaq. Budəfəki konfrans “Böyük tapmaca: detalları kim yığacaq” devizi ilə keçirilir. Konfransdan əvvəl ənənəvi Münhen Təhlükəsizlik Hesabatı yayılıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, hesabatda əsas fikir kimi ABŞ, Rusiya və Çin arasında geosiyasi rəqabətin gücləndiyi və bunun bütünlükdə dünyada qeyri-müəyyənlik yaratdığı və hamı üçün yeni risklər, çağırışlar meydana gətirdiyi olunur:

“Müəlliflərin fikirincə, Rusiyanın ABŞ-la rəqabətə sonadək təkbaşına davam gətirməsi ehtimlı azdır. Çinin isə imkanları çoxdur. Orta perspektivdə Kanada, Şərqi Asiya ölkələri, Yaponiyanın qlobal təsir imkanları artacaq. Rusiya əsas etibarı ilə iqtisadi çağırışlarla üzləşir və getdikcə bu çağırışlara adekvat cavab vermək imkanları azalır.

Hesabatın “Şərqi Avropa: qeyri-müəyyənlik vəziyyəti” hissəsində Azərbaycandan da bəhs edilib.

Bu bölmədə Şərqi Avropa və Cənub Qafqaz regionu qlobal rəqabət cinahalarının arasında qalan region kimi xarakterizə olunur. Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna Rusiya-Qərb geosiyasi rəqabətində “aralıq ölkələr” kimi qeyd edilir. Rusiyanın bu ölkələri öz təsir orbitində saxlamaq üçün çalışdığı qeyd edilir. Eyni zamanda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının bu ölkələr üçün ciddi perspektiv vəd etdiyi bildirilir.

Hesabat müəllifləri o qənatə gəlirlər ki, bu regionda yerləşən ölkələr təhlükəsizlik statusu və gələcəyə baxış məsələlərində aralıq vəziyyətdə qalıblar. Bu araılıq vəziyyəti isə ümumi və iqtisadi inkişafa ciddi problemlər yaradır”.

Zaur İbrahimli qeyd edib ki, 190 il əvvəl Türkmənçay müqaviləsi imzalananda da Azərbaycan torpaqları beləcə aralıq vəziyyətində qalmışdı:

“100 il əvvəl də Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda eyni çağırışlarla üzləşmişdi. Hazırda dəyişməyən yalnız geosiyasi rəqabət tərəflərindən biridir - Rusiya.

Rusiya 190 il əvvəl Qacarları Cənub Qafqazdan çəkilməyə məcbur etdi, 100 il əvvəl isə Atatürk Türkiyəsi bu bölgəni güzəştə getməli oldu. Britaniya da regionda möhkəmlənə bilmədi. Moskva İranı Arazın Şimlına buraxmadı. 1990-cı illərdən 2008-ci ilə kimi zaman-zaman Rusiyanın təsiri zəifləsə də 10 il əvvəldən başlayraq Moskva yenə özünü sahibi-mütləq kimi hiss etməyə başlayıb.

Rusiya sərhədi boyunca yerlşən və Qərblə sərhəddə bufer zonada olan ölkələr – Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan fərqli formada bu aralıq vəziyyətə adaptasiya olmağa çalışırlar. Bu ölkələrin bir qrupunun koordinasiyalı şəkildə Moskvanın hegomon təsirinin zəiflədilməsi ilə bağlı təşəbbüsləri (GUAM), Bakı-Tbilisi-Ankara formatı hələ ki çox ciddi nəticələr vermir.

Bu baxımdan hazırda Azərbaycanın üzləşdiyi bir çox çağırışlar, çətinliklər bu kontekstə dəyərləndirilməlidir.

Səhv etməmək üçün 250 illik acı təcrübə var. Azərbaycan isə daha mürəkkəb vəziyyətdədir və daha böyük risklərlə üz-üzədir. Elə İranın münasibəti və yanaşmasını, Şimal və Qrəb istiqamətində qonşu olduğu xristian ölkələr - Rusiya, Gürcüstan, Ermənistan tərəfindən son nöqtədə Türkiyənin əsas müttəfiqi kimi qəbul edilməsini qeyd etmək kifayətdir. Məhz bu səbəbdən ən çox dəstək verdiyimiz gürcülər ermənilərə jestlər edir, erməni ekspertlər Azərbaycanın və Türkiyənin təsirini azaltmaq üçün Paşinyana Gürcüstanla sıx kooperasiya təklif edirlər. Ruslar bu təşəbbüsləri stimullaşırmağa çalışırlar”.

Politoloq bildirib ki, geosiyasi imperativ olaraq aralıq vəziyyət Azərbaycanı daha ehtiyatlı olmağa vadar edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər