ABŞ “F-35” qırıcılarının bu il Türkiyəyə təhvil verməkdən imtina edib. Amerikalı siyasətçilər bu məsələni noyabr ayından tez müzakirə etməmək barədə qərar veriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanda nəşr olunan “Ekathimerini” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, qadağa çağırışı Konqresdə 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı dəstəklənib və qəbul edilib.
Qeyd edilib ki, Türkiyə Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri ilə bağlı ABŞ ordusuna təhlükə yaratmayacağı ilə bağlı xüsusi hesabat təqdim etməsə, “F-35” qırıcılarının verilməsindən imtina edəcək və Türkiyəyə sanksiyalar tətbiq olunacaq.
ABŞ və Türkiyə arasında bu qırıcılarla bağlı imzalanmış müqavilə hələlik Nümayəndələr Palatası və Senat tərəfindən təsdiq edilməyib.
Daha əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” raketlərini almaqdan imtina etməyəcəklərini açıqlayıb.