23 Fevral 2019 17:46
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupu həmsədrləri regiona növbəti səfər etdilər. Biz bu səfərə qiymət verərkən onu qeyd edək ki, əvvəla yeni təkliflər yoxdur. Yəni həmsədrlər regiona yeni təkliflərlə gəlməyiblər. Ortada yenə də Madrid prinsipləridir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Madrid prinsiplərinə əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır.

Elman Nəsirovun sözlərinə görə, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi, məcburi köçkünlərin və qaçqınların öz yurdlarına qayıtması, sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı məsələsinin müzakirə edilməsidir:

“Bundan fərqli təkliflər ortada yoxdur. Təbii ki, Azərbaycanın da bu məsələdə mövqeyi bəllidir və Azərbaycan münaqişənin həlli ilə bağlı Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyətin verilməsi Azərbaycan tərəfinin razı olduğu şərtdir. Bundan savayı heç bir həll yolundan söhbət gedə bilməz. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Amma bununla yanaşı münaqişənin həlli ilə bağlı müəyyən müsbət tendensiyalar var. Xüsusilə də Ermənistan-Azərbaycan qoşunlarının həm təmas xəttində, həm də sərhəd boyunca atəşkəs rejiminin maksimum qorunub saxlanması tendensiyası diqqətdən yayınmır. Yəni bunlar müsbət proseslərdir. Ona görə də hesab edirəm ki, həmsədrlərin regiona səfəri zamanı nələrki əldə edilib onun qorunub saxlanması və inkişaf etdirilməsi əsas səbəblərdən biridir”.


Müəllif: Rəsul

Oxşar xəbərlər