Avropa Birliyi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan Vyana görüşünü ümidverici adlandırıb, həmçinin vasitəçilik səylərini dəstəkləməyə hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilib.
“Liderlər atəşkəsin möhkəmləndirməsi və sülhün bərpası üçün əlverişli şərtlərin yaradılmasının vacibliyini qeyd edib, konkret nəticələr əldə etməyə yönəlik danışıqlar üçün addımlar atmağa hazır olduqlarını bildirdilər”, - deyə bəyanatda vurğulanıb.
Bəyanatda o da bildirilib ki, AB “Vyanada humanitar sahədə razılaşmanın, o cümlədən xalqların sülhə hazırlanması barədə XİN rəhbərlərinin 16 yanvar 2019-cu il Paris razılığının səbirsizliklə reallaşmasını gözləyir.
Bundan əlavə, AB Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini növbəti dəfə bəyan edib.
Qeyd edək ki, Vyanada martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.