7 May 2019 16:58
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanda İşğalaqarşı Hərəkat adlı bir hərəkat var. Cənubi Osetiyanın və Abxaziyanın Rusiya tərəfindən işğal olunmasına qarşı yaradılıb. Buraya qədər hər şey aydındır. Amma indi bunlar Azərbaycana qarşı hərəkətə keçiblər. Bunlar özbaşına deyillər, Gürcüstan dövlətinə bağlıdırlar, Prezidentlərilə birlikdə sərhədlərimizə qədər gəlmişdilər. İndi də orada guya keşik çəkirlər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli deyib.

Ekspert baş verənləri Azərbaycanın Avropayla yaxınlaşmasına qarşı proses olduğunu istisna etməyib:

“Ərazi iddiaları, separatçılıq, ölkənin içində qarışıqlıq, ticari əngəllər və s. - bunların hamısı dəfələrlə sınaqdan keçirilmiş gedişlərdir. Görünür, Gürcüstanın indiki rəhbərliyi də bizə qarşı olan bu oyunda yer almaq, Rusiyanın və İranın əlində alətə çevrilməklə bizdən nəsə qoparmaq istəyir.

Torpaq burada, güman ki, bəhanədir. Gürcüstan bizdən ucuz qaz almaq istəyir, qiyməti düşürmək üçün də belə hoqqalara əl atır.

Qazla bağlı öncə Rusiyayla, sonra İranla danışdılar. Guya qazı başqa yerdən ala biləcəklərini bizə göstərmək istədilər. Sonra prezidentləri Bakıya gəldi, qaz qiymətini aşağı salmağı xahiş etdi.

Görünür, bu gedişlərin heç biri Gürcüstanın indiki rəhbərliyinin arzuladığı nəticəni vermədi. İndi də sərhəd təxribatına əl atırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər