13 İyun 2019 11:21
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq təhsil naziri, professor Firudin Cəlilov KXCP sədri Mirmahmud Mirəlioğlunu sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb KXCP sədrinin onun haqqında bəzi fikirlər işlətməsi olub.

Sabiq nazir bildirib ki, parlamentdə yeni əlifba qəbul olunanda səsi çıxmayan deputat Mirmahmud Mirəlioğlu indi onu ittiham edib: “O, deyib ki, guya mən parlamentdə Ortaq Türk Əlifbasının əleyhinə olmuşam, x, q, ə hərflərini ora zorla salmışam. “Partiyasında savadlı biri ona izah etsin ki, Ortaq Türk Əlifbası bütün türk dillərini əhatə edən əlifbadır, onun qandığı Türkiyə əlifbası deyil. Ortaq Türk Əlifbası türk ölkələrindən dəvət olunmuş alimlərin iştirakı ilə 1991-də İstanbulda keçirilən üç günlük “Ortaq Türk Əlifbası simpoziumu” sonunda qəbul olunmuş əlifbadır, türkiyəli uzmanlar da 3-4 hərf əlavə edib ortaq əlifbaya keçmək istəsələr də, hakimiyyətin dəyişməsilə bu alınmadı. Mən simpoziumun qəbul etdiyi həmin Ortaq Türk Əlifbasını komissiya sədri kimi Azərbaycan parlamentində təqdim etdim, qəbul olundu. Tatarlar və bəzi türk xalqları kimi biz də 28 ildir həmin ortaq əlifbanı işlədirik. Qazax və özbəklər də həmin əlifbaya indi keçirlər. Tarix müəllimi olan Mirmahmud bəy bu 28 ildə yazdığı əlifbanın Ortaq Türk Əlifbası olduğunu hələ də anlamayıb, yazıqlar olsun”.


Müəllif: Cavad

Oxşar xəbərlər