3 İyul 2019 15:36
5 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan NATO Baş katibi Yens Stoltenberqə məktub yazıb.

Teleqraf.com xəbər verir ki, o, məktubunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sensasion fikirlər səsləndirib.

Paşinyan NATO baş katibinə ünvanlandığı məktubunda Ermənistanın bir il ərzində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən geri çəkəcəyini bildirib:

“NATO ilə daha yaxından əlaqələr qurmaq istəyirik. Lakin Qarabağ münaqişəsinin buna imkan vermədiyini bilirik, buna görə də bir il ərzində oradakı qüvvələrimizi geri çəkəcəyik”, - deyə baş nazir məktubda yazıb.

Qeyd edək ki, bu barədə Ermənistanın təhlükəsizlik məsələləri üzrə Samvel Martirosyan məlumat yayıb. Lakin o, məktubunun sosial şəbəkədə yayıldığını bildirərək, bunu yayımlayan Feysbuk profilinin saxta olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər