16 İyul 2019 10:37
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Gürcüstanla sərhəddə yaranmış insidentlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, millət vəkili məsələnin ciddiliyinə diqqət çəkib:

"Düşünürəm növbəti belə təxribat olarsa sərhəd pozucuları həbs olunmalı, barələrində cinayət işi başlanmalıdır. Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik. Çox təəssüf ki, bizim səbrli davranışımız zəiflik kimi qiymətləndirilir. Cəsarətli mövqe ortaya qoya bilməsək gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. Ermənilər azərbaycanlıları qovanda biz qardaşlıqdan danışırdıq. Ağıllılar başqalarının, sadə insanlar öz səhvlərindən nəticə çıxarırlar. Böyük gücləri bəhanə edib qorxaqlıq etməməli, sərt tədbirlər görülməsini tələb edənləri isə qızışdırıcılıqda və populizmdə ittiham etməməliyik. Gürcüstana sonuncu xəbərdarlıq edilməlidir. Düzgün nəticə çıxarılmasa birtərəfli qaydada sərhəd mühafizə istehkamlarının tikintisinə başlanılmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər