31 İyul 2019 00:52
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi Parlamentindəki Nümayəndiliyinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı geri çağrılması və ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevi yeni təyinatı münasibətilə təbrik edirərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən səfir Beybit İsabayev, yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyini vurğulayıb.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın inkişafından, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat və tranzit sahələrində əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər