Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, partiyanın Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahımqızı son günlər bəzi həmkarlarının verdiyi açıqlamalara münasibət bildirib.
Teleqraf.com M.İbrahimqızının fikirlərini təqdim edir:
Bir neçə gün bundan öncə hörmətli həmkarlarım Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov və eləcə də Yeni Azərbaycan Partiyasının qurulmasında xüsusi rolu olan, İdarə Heyətinin üzvü hörmətli Eldar İbrahimov tərəfindən siyasətçilərin, eyni zamanda vaxtilə cox yüksək dövlət vəzifəsi tutmuş keçmiş məmurların ünvanına kəskin ittihamlar səsləndirilmişdir.
Bir millət vəkili kimi, anonim olan bu fikirlərlə heç cürə razılaşmıram. Belə anonim tənqidlər insanların ürəyinə bir kölgə salır və qeyri müəyyənlik yaranır. Düşünmürəm ki, bu gün bizim siyasətçilər arasında parlamentdə, eləcə də dövlətin yüksək vəzifəsini daşıyan insanlar arasında dövlətin əlehinə hər hansı əks mövqe olsun və ya Heydər Əliyev siyasətinin, möhtərəm cənab Prezident İlham Əliyevin siyasətinə kölgə salmaq düşüncəsi olsun.
Sözsüz ki, Azərbaycanda ötən dövrdə yüksək vəzifədə olan müəyyən insanlar olub ki, necə deyərlər yolunu azıblar. Onların bu əməlləri qanunvericiliyin pozulması, konkret cinayət xarakterli əməllər olduğuna görə həmin o məmurlar və ya millət vəkilləri qanunvericiliyin tələblərinə görə cəzalandırılmışlar. Belə təcrübə hətta ən inkişaf etmiş dövlətlərdə də mövcuddur. Bu mənada səsləndirilən fikirlər anonim olduğundan mən bu fikirlərlə paylaşa bilmərəm. Bütövlükdə, bütöv bir qrupa belə fikirlərin səsləndirilməsi məncə, doğru deyil.
Mənim bir ağsaqqal, çox zəngin təcrübəsi olan Eldar müəllimə, eləcə də Siyavuş müəllimə çox böyük hörmətim var. Siyavuş müəllimшт gənc yaşlarından partiyamızın qurulmasında, yaradılmasında rolu olubdur, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edən insanlardandır. Lakin fakt və ünvan göstərilməzsə, belə fikirlər bir tərəfdən ciddi qəbul olunmur.
Bilirsiz, dünyanın bir çox inkişaf etmiş ölkələrində xüsusilə də demokratik inkişaf yolunu seçmiş ölkələrdə siyasi transferlər çox normal hesab olunur və siyasətin bir elementidir. Belə transferlər cəmiyyətdə yüksək siyasi mədəniyyətlə qarşılanır. Amerikada nə qədər respublikaçılar demokratların qrupuna keçiblər və ya əksinə Demokrat Partiya təmsilçiləri Respublikaçılar Partiyasına keçiblər. Eləcə də qardaş Türkiyədə bilirsiniz ki, siyasi transfer siyasi mədəniyyətin və siyasətin bir hissəsi hesab olunur. Yəni, Azərbaycanda da eyni siyasi transferlərin baş verməsini normal qarşılanmalıdır. Bizim ölkəmiz də demokratiya ilə inkişaf edir. Siyasi transfer etmiş insanlara qara şüşədən baxmamalıyıq.
Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasına mənsub olmuş və müxtəlif vəzifələrdə çalışmış insanlar olub ki, əməllərində və fəalliyyətlərində müəyyən cinayət xarakterli işlər olub ki, onlar da qanunvericiliyin tələbinə uyğun cəzalandırılıblar. Hesab edirəm ki, siyasətdə siyasi transferi siyasi düşmənçilik hesab etmək olmaz.
Görünür ki, bu gün ölkəmizdə siyasi transferlərin birmənalı qarşılanmamasının səbəbi sovet dövründə kommunist partiyasından çıxmağın və ya hansısa yeni bir partiyanı xəyalına gətirməsi dövlətə xəyanət adlandırılırdı. Onun da aqibəti bizə bəllidir.
Görünür, bu gün Azərbaycan cəmiyyətində, bəzi insanların düşüncəsində bu stereotiplər qalmaqdadır. Bu gün ölkəmizi dünyanın ən inkuşaf etmiş ölkələri cərgəsinə çevirən, çağdaş dövlətimizin qurulmasında misilsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasına hansısa partiyanın hətta bötüvlükdə daxil olmasə, məncə ən müdrik qərardır.
Birmənalı olaraq deməliyik ki, bugün həm Partiyamızın, həm də Partiyamızın liderinin alternativi yoxdur. Bu gün YAP-la konstruktiv dialoqda olan bir sıra həmrəy partiyalar var. Onlar Heydər Əliyev siyasətini, eləcə də Partiyamızın Sədrinin fəaliyyətini alternativsiz hesab edirlər. Onlar möhtərəm cənab Prezidentimizi apardığı siyasəti böyük ehtiramla, hörmətlə və rəğbətlə dəstəkləyirlər.
Möhtərəm cənab Prezidentimiz 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçiləndə, andiçmə mərasimi zamanı onun səsləndirdiyi bir fikirələr hər kəsin yadındadır:
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam!”
Bu mesaj ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalara, QHT-lərə, vətəndaş cəmiyyətlərinə və ictimaiyyətə göndərilən xoş niyyətli bir mesaj idi. Vətəndaş həmrəyliyinin yaranmasında zəruri olan bu fikir bugünə qədər böyük rəğbətlə qarşılanır və dəyər verilir. Bu bir gerçəklikdir ki, İlham Əliyev də Heydər Əliyev kimi ümumxalq lideridir. Ötən 16 il ərinzdə, 16 il bundan əvvəl səsləndirən fikrin real nəticələrini indi görürük.
Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti və QHT-lər ölkəmizin Qarabağ konflikti kimi ağır bir probleminin olduğu dövrdə möhtərəm Prezidentimizin ətrafında sıx birləşməyin və Yeni Azərbaycan Partiyası ilə həmrəyliyin və əməkdaşlığın zəruri olduğunu çox gözəl bilirlər.