13 Sentyabr 2019 14:45
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın aparıcı ölkələrindəki daxili siyasi mübarizədə Rusiya faktoru ön plana çıxıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahu Moskvaya növbədənkənar parlament seçkilərində qələbə qazanmaq üçün Rusiya Prezidenti Vladimir Putinin dəstəyini almağa gəlib:

“Netanyahu özü üçün əlavə fürsət yaratmağa çalışır və bu bölgədə ancaq Rusiyanın razılığı və yaxud susmağı ilə mümkündür. Söhbət Suriya, İran, Fələstin istiqamətində İsrailin təşəbbüslərindən gedir. İsraildə parlament seçkiləri 17 sentyabrda baş tutacaq.

Digər yandan, Avstriyada növbədənkənar parlament seçkiləri 29 sentyabrda keçiriləcək.

Növbədənkənar paralment seçkilərinin keçirilməsi bu il 19 mayda elan edilmişdi. Vitse-kansler Hayns-Kristian Ştraxenin varlı rus xanımı ilə əlaqələri və seçkilərdə dəstək üçün sövdələşəməsi barədə məlumatlar yayıldıqdan sonra hakim koalisiya dağılmışdı”.

Zaur İbrahimlinin sözlərinə görə, ABŞ-da keçiriləcək 2020-ci il prezident seçkilərində də Rusiya amili artıq indidən əsas müzakirə mövzularından birinə çevrilib:

“İndidən Trampı Rusiya amili ilə vurmağa çalışırlar. Sonuncu ABŞ-Rusiya arasında casus qalmaqalı bunun görsənişidir. Yəqin ki, Tramp-Putin serialının davamı olacaq və çox dramatik epizodlarının şahidi olacağıq. MDB ölkələrindən 2020-ci ildə Belarusda və Tacikistanda prezident seçkiləri keçiriləcək. Hər iki ölkələrdə həlledici təsirin Rusiyaya məxsus olduğu danılmazdır.

Həmçinin 2020-ci ildə Gürcüstanda parlament seçkiləri nəzərdə tutulur və faktiki olaraq Moskva seçki marafonunda əsas işitirakçıalrdan biri kimi çıxış edəcək. Ölkənin qeyri-rəsmi lideri Bidzina İvanişvili baş naziri dəyişib, onu daxili işlər naziri ilə əvəzləməklə Kremlin mövqeyini nümayiş etdirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər