18 Oktyabr 2019 12:47
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də Efiopiyanın Əddis-Əbəbə şəhərindəki Namibiya səfirliyində “Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike” imzalanıb.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Sözügedən sənədi Azərbaycan tərəfdən səfir Elman Abdullayev, Namibiya tərəfdən isə səfir Emilia Mkusa imzalayıb.

Mərasim zamanı çıxış edən səfir Elman Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərdən biri olduğunu bildirib. Namibiya səfiri Emilia Mkusa da öz növbəsində ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək, Azərbaycanı Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi olaraq vurğulayıb.

Qeyd olunan saziş imzalandıqdan sonra Azərbaycan Respublikasının diplomatic münasibətlər qurulmuş Afrika ölkələrin sayı 51-ə çatıb.


Müəllif: Səxavət