Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında hakim partiyanın parlamentdəki deputatlarının geri çağırılması barədə qərar qəbul olunub.
Teleqraf.com xəbər verir ki, YAP-ın bu qərarından sonra parlamentin buraxılacağı gözlənilir.
Qeyd edək ki, YAP parlamentdə 74 deputatla təmsil olunur.
***
11:07
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, iclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, Baş Nazir Əli Əsədov da iştirak edir.
İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.
***
09:54
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçiriləcək.
Bu barədə Teleqraf.com-a YAP-dan məlumat verilib.
Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.