13 Yanvar 2020 21:34
2 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə maliyyə naziri Samir Şərifov hesabat verib. Bu zaman dövlət başçısı nazirdən xarici borcun azaldılması üçün nə qədər vasitin nəzərdə tutulduğunu soruşub. Samir Şərifov isə suala konkret cavab verməyib. Bu zaman Prezident nazirə irad tutaraq "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib.


Müəllif: Teleqraf.com