23 Yanvar 2020 17:13
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında namizədliyi 99 saylı Şəmkir kənd seçki dairəsindən özü tərəfindən irəli sürülmüş 1980-ci il təvəllüdlü, ali təhsilli, bitərəf Zeynalov Tural Abdulla oğlu ilə bağlı məsələyə baxılıb.

Teleqraf.com xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov onun digər namizədlərə münasibətdə ədalətsizliyə yol verməsinə dair məlumatların daxil olduğunu bildirib:

“Onun Seçki Məcəlləsinin tələbələrini pozması, seçiciləri ələ almaq üçün addım atması, ərzaq paylaması barədə şikayətlər daxil olub. Biz onun sosial şəbəkədəki profilini araşdırdıq. O bir paylaşımında qeyd edib ki, bu gün birliyimiz tərəfindən 71 ailəyə ərzaq paylanacaq. Bizə daxil olan məlumata görə həmin hərəkətlər bu gün də davam edir. Həmin şəxs bitərəfdir. Onunla bağlı şikayət edənlərin əksəriyyəti də bitərəf namizədlərdir. Biz digər namizədlərə müraciət etmişik ki, hələlik bu məsələni hüquqi müstəviyə daşımasınlar. Ümumiyyətlə, onun təbliğat-təşviqata start verilən gündən qanunvericiliyə zidd hallara yol verildiyi məlum olub”.

R.Qasımov namizədlə bağlı şikayətlərin MSK-nın “qaynar xətti”nə daxil olduğunu vurğulayıb:

“Fərqli namizədlər onunla bağlı eyni şikayəti etdikləri üçün düşündük ki, bunu araşdırmağa ehtiyac var”.

MSK sədri deyib ki, sosial şəbəkəyə yanaşmalar indiyədək olan məsələlərə başqa cür baxmağı tələb etdiyini bildirib:
“Artıq təkcə yazmırlar, həm də foto, video çəkib ora yerləşdirirlər. Biz indi hansısa qərar versək, bu,presedent yaradacaq. Bu məsələni araşdırın”.

İclasda sözügedən namizədə şifahi xəbərdarlıq edilməsi qərara alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər