26 Yanvar 2020 23:57
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini və vəkili Elçin Mirzəbəyli onun siyasi fəaliyyəti haqqında söz açdı və Qüdrət Həsənquliyevin həm siyasətçi, həm də millət vəkili kimi hər zaman ictimai maraqlardan çıxış etdiyini vurğuladı.

Daha sonra BAXCP sədri, deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərə öz seçki platformasının əsas istiqamətləri haqqında danışdı, hüquq və dövlət quruculuğu, sosial-iqtisadi siyasət, elm, təhsil və digər istiqamətdə həyata keçirilməsi vacib olan islahatlara diqqət çəkdi, problemlərin həlli yolları barədə fikirlərini açıqladı.

Qüdrət Həsənquliyev bütün görüşlərdə olduğu kimi bu dəfə də ölkəmizin qarşısında dayanan ən böyük problemin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu qeyd etdi və bu istiqamədə ciddi irəliləyişə nail olmaq üçün peşəkar ordu quruculuğu və xarici siyasət sahəsində həyata keçirilməsi vacib olan tədbirlər haqqında danışdı.

Görüşün sonunda deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin məhkəmə-hüquq, səhiyyə və digər sahələrlə bağlı suallarını cavablandırdı.
Görüşdə çıxış edən seçicilər Qüdrət Həsənquliyevin namizədliyini dəstəklədiklərini və ona səs verəcəklərini bildirdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər