Parlament seçkilərini izləmək üçün 61 813 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib.
O qeyd edib ki, onlardan 3873-ü MSK-da qeydiyyatdan keçib. Beləliklə, onlar bütün ölkə üzrə müşahidə apara biləcək:
“MSK-da qeydiyyatdan keçən müşahidəçilərin 553-ü siyasi partiyaların nümayəndələridir. Bunlar VHP, Müsavat, ADP, “Ana Vətən” Partiyasından olan müşahidəçilərdir. DSK-larda qeydiyyatdan keçənlərin sayı 57 939 nəfərdir. 33 310 nəfər müşahidəçi 17 siyasi partiyanı, 1473-ü 16 QHT-ni təmsil edir”.
MSK sədri onu da bildirib ki, seçkini izləmək üçün 694 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib:
“Onlar 52 ölkəni təmsil edirlər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 400 müşahidəçisi olacaq. Artıq onlardan 283-ü qeydiyyatdan keçib”.