MSK-nın iclasında 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, MSK-nın və Ekspert qrupunun üzvü İlkin Şahbazov bildirib ki, müraciət aidiyyat qaydalarının pozulması üzrə daxil olduğundan müvafiq dairə seçki komissiyasına göndərilidir.
Bəxtiyar Hacıyevin 29 saylı Səbail DSK-ya göndərilməsinə dair qərar qəbul olunub.
MSK-nın iclasında daha sonra 8 saylı Binəqədi birinci, 15 saylı Yasamal birinci, 34 saylı Xətai ikinci, 13 saylı Xəzər-Pirallahı, 22 saylı Nəsimi birinci, 112 saylı Qax, 40 saylı Kəpəz ikinci, 29 saylı Səbail, 42 saylı Sumqayıt ikinci, 63 saylı Sabirabad birinci, 47 saylı Mingəçevir, 60 saylı Salyan-Neftçala (bir qrup müşahidəçinin şikayəti), 107 saylı Qazax, 18 saylı Nərimanov-Nizami, 17 saylı Yasamal üçüncü, 88 saylı Göyçay, 23 saylı Nəsimi-Səbail, 82 saylı Ağcabədi, 46 saylı Şirvan, 98 saylı Şəmkir şəhər, 84 saylı Füzuli, 77 saylı Astara və 91 saylı Ucar seçki seçki dairəsi üzrə daxil olmuş müraciətlər nəzərdən keçirilib.
Bildirilib ki, bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarındadır. Ona görə də bu şikayətlər müvafiq DSK-lara göndərilib.