20 Fevral 2020 19:36
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 9-da – seçki günü 76 saylı Lənkəran-Astara seçki dairəsi müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan videodan danışıb.

Teleqraf.com-un məlumatına görə, MSK sədri qeyd deyib:
“Digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin. Bu xanım da çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər”.

MSK sədri bildirib ki, bu da bütün dünyaya dezinformasiya yaymaqdır:
“Çünki vətəndaşın konstitusion hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalandıracaqlar. Ona görə də qarşı tərəf qabaqdangəlmişlik edir ki, guya xanımı döyüblər”.

Qeyd edək ki, Jalə Bayramova Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun qızıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər