MSK-nın iclasında 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizəd Şəmsəddin Allahverdiyev və digər 8 nəfərin şikayətinə baxılıb. Bu şikayətlər bir şikayətdə birləşdirilib.
MSK üzvü İlham Məmmədov bildirib ki, həmçinin, bu dairə üzrə digər namizəd İsa Qəmbərdən də şikayət daxil olub.
İlham Məmmədov bildirib ki, şikayət qismən təmin edilməli, bu dairə üzrə 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
Müzakirə zamanı çıxış edən MSK sədri Məzahir Pənahov həmin məntəqə seçki komissiyası üzvlərinin cəzalandırılacağını bildirib. O, həmin şəxslərin bir daha komissiya üzvü olmayacaqlarını vurğulayıb.
Müzakirədən sonra 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə 10 məntəqədə səsvermənin nəticəsi etibarsız sayılıb.