“Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı özünün Feysbuk profilində yazıb.
Arif Hacılı əlavə edib ki, belə bir görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxından daha düzgün olduğunu qarşı tərəfə bildirib.
Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.