1 Mart 2020 16:21
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Daily News Hungary" nəşrində alman mənşəli Mattias Volfun nasitlərin əlaltısı Qaregin Njdenin Ermənistanda qəhrəman kimi qələmə verilməsi haqqında məqaləsi dərc edilib.

Teleqraf.com xəbər verir ki, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş məqalədə nasitlərin və onların əlaltılarının qəhrəman kimi qələmə verilməsinə qarşı BMT Baş Assambleyasının qətnamələri xatırlanır. Müəllif qeyd edir ki, Ermənistan rəhbərliyinin bu yolverilməz hərəkəti ilə bağlı ilk həyəcan təbili çalanlardan biri, müxtəlif beynəlxalq tədbirlərdə dəfələrlə bu məsələni qaldıran Azərbaycan Prezidenti İlham Əliyev olub.

Mattias Volf, həmçinin yazır ki, nasistlərin əlaltılarının qəhrəman kimi qələmə verilməsinə hələ Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın hakimiyyətləri dövründə başlanılıb və indi isə bu siyasət Nikol Paşinyan tərəfindən davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər