3 Mart 2020 09:14
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Rusiya-Türkiyə münasibətlərinə dair əvvəlcədən verdiyimiz proqnoz özünü doğruldur. Gerçəklikdə Rusiyanın, Amerikanın və hətta İranın Suriyada at oynatması doğru deyil, çünki bu ölkələr Suriyadan çox uzaqdırlar, sərhədləri yoxdur. Amma Suriyada baş verən oyunlar həm də Türkiyənin qulağının dibində baş verir. Üstəlik, Suriya hadisələrindən ən çox əziyyət çəkən də Türkiyədir. Türkiyə 3 milyondan çox suriyalı qaçqını qəbul edib, perspktivdə daha 2-3 milyon suriyalının da Türkiyəyə axın edəcəyi ehtimalı güclüdür. Odur ki, indi Türkiyə Suriya prosesindən kənarda qala bilməz.

Teleqraf.com xəbər verir ki, bu sözləri sabiq Təhsil naziri, professor Firudin Cəlilov Türkiyənin Suriyada başlatdığı “Bahar qalxanı” əməliyyatı haqqında danışarkən deyib.

Firudin Cəlilov əlavə edib ki, Türkiyənin addımları olduqca düzgündür:

“Hesab edirəm ki, Türkiyə haqlı mövqe seçərək, öz sərhədləri boyunca təhlükəsizlik zonaları yaradır. Çalışır ki, Türkiyəni xilas edə bilsin. Bu gün bəzi xarici telekanallara baxdım. Yerli camaat türk ordusunu alqışlayır, türk bayrağını qaldırırlar. Sevinirlər ki, Türkiyə qəti hücuma keçib, onların evlərindən qaçmasına imkan verməyəcəklər. Fikrimcə, bu cür davam edəcək”.

Professorun proqnozuna görə, Rusiya İdlib istiqamətində heç vaxt Türkiyənin qarşısına çıxmayacaq: “Belə bir ehtimal olduqca az, bəlkə də mümkün deyil. Çünki Rusiyanın maraqları tamam başqadır. Ən yaxşı halda Ankara-Moskva arasında al-ver gedə bilər. Buna da təbii yanaşmaq lazımdır. Hətta indiki halda Dağlıq Qarabağ məsələsi də gündəmə gələ bilər. Fikrimcə, bizdə Türkiyənin axrasında durmalıyıq. Təsəvvür edin ki, Türkiyə daxili siyasətində iqtidar və müxalifət partiyaları bir-birini qırır. Ancaq Suriya məsələsində bütün partiyalar elan edirlər ki, Ərdoğanın arxasındayıq. Bizdə isə bəzi gerizəkalılar yazılar ki, Türkiyənin İdlibdə nə işi var? A balam, siz anlamırsınız ki, bu milli təhlükəsizlik, dövlət məsələsidir? Dövlət məsələsi gündəmə gələndə belə ciddi addımlar atılmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər