30 Mart 2020 13:09
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən çıxış etmək istəmirdim. Amma burada fikirlər səsləndi ki, birdən internet kəsilsə, online qayda necə səsvermə keçirəcəyik. Qeyd edim ki, biz elə burada da bəzən iclası davam etdirə bilmərik. Fövqəladə hallarda hər şey ola bilər. Ona görə ciddi narahat olmaq lazım deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Həsənquliyev xatırladıb ki, martın 26-da Avropa Parlamenti 37 milyard avroluq kiçik və orta sahibkarlıq üçün yardım paketi təsdiqləyib: “Həmin iclasda sədr zalda tək əyləşmişdi, 688 nəfər isə online qaydada səsvermə keçirdi. Bizim mütəxəssislər Avropa Parlamenti ilə əlaqə saxlaya və bu təcrübəni öyrənə bilərlər. Bununla bağlı təcrübə var”.

Deputat daha sonra deyib ki, Azərbaycanda karantin rejimi elan edilib, amma bu, hüquqi baxımdan anlayışı verilməyən bir termindir:

“Bunun özündə nəyi ehtiva etdiyini heç kəs bilmir. İcra hakimiyyət orqanı beynəlxalq təcrübəyə istinad edərək, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırıb. Mən anlayıram ki, bu xalqımızın xeyrinədir və zəruri tədbir kimi bu addımlar atılıb. Amma biz mütləq karantin rejimi haqqında qanun qəbul etməliyik. Fövqəladə vəziyyət şəraitində prezidentin fərmanını parlamentdə təsdiq edirik. Ali qanunverici orqan bunu ona görə edir ki, vətəndaşların hüquq və azadlıqları məhdudlaşdırılır. Karantin rejimində də eyni qaydada. Biz karantin rejimini təsdiq etmirik, çünki qanunvericilik bazamız yoxdur. Burada söhbət ciddi şəkildə hüquq və azadlıqların məhdudlaşdırılmasından gedir. Biz görürük ki, yüzlərlə gənc tələbimizi, - bəlkə də gələcəkdə onlar parlament spikeri, prezident olacaqlar, - aparıb yerin altındakı yerə yığırlar. Yüz metrliyində otel olduğu təqdirdə. Yəni bu halda biz vətəndaşlarımızın hüquqlarını qorumalıyıq, parlament də məsuliyyətin altına girməlidir. Ona görə də hesab edirıə ki, biz təcili sürətdə karantin rejimi haqqında qanun qəbul etməliyik. Və sənəddə bu rejimin parlament tərəfindən təsdiq edilməsi öz əksini tapmalıdır. Biz icra hakimiyyəti orqanlarına o qədər geniş səlahiyyət verə bilmərik ki, istənilən qərarı qəbul etsinlər. Məsəl üçün deyirəm, restoranları, əksər iş yerlərini bağlayıblar. Sabah nəzəri olaraq absurd qərar da qəbul edə bilərlər. Mən ümid etmirəm ki, belə qərar qəbul ediləcək, sadəcə nəzəri olaraq qeyd edirəm. Ona görə də, biz o çərçivəni dəqiq müəyyən etməliyik. Hesab edirəm ki, təcili olaraq bu qanun qəbul edilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər