Bir neçə gün əvvəl Əli Kərimli Sevinc Osmanqızına müsahibəsində Azərbaycan rəhbərliyinə böhtan, iftira atıb . Əli Kərimli çıxışında hazırda həbsdə olan azərbaycanlı biznemsen Mübariz Mənsimovu da məqsədləri üçün istifadə edib.
Teleqraf.com xəbər verir ki, çıxışa cavab olaraq Mənsimov bu gün həbsxanadan açıqlama yayib.
O, açıqlamada dövlət başçısına iftira atan Əli Kərimlini "çirkin bisavad və küfürçü" adlandırıb. Mübariz Mənsimov Azərbaycanda İlham Əliyevə alternativ görmədiyini də vurğulayıb.