24 Aprel 2020 11:40
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni siyasi mühit, siyasi həmrəylik var. Son 10 ildə ilk dəfə iqtidarla müxalifətin bir araya gəldiyini gördük.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün parlamentdə çıxışı zamanı bildirib.

Z.Oruc deyib ki, Prezident Elçibəyin ailəsinə qayğı göstərilib: “Bu işdə Birinci Vitse-prezident Mehriban Əliyevanın müstəsna xidməti oldu. Ölkə başçısı Münhendə Paşinyan qarşısında Ayaz Mütəllibovu xilas etdi. Ondan sonra "Ana harayı" abidəsi qarşısında protokolda Ayaz Mütəllibova yer verərək, bütün dünyaya mesaj verdi. Bundan başqa prezidentin verdiyi əfv sərəncamı, ardınca isə REAL sədri ilə bağlı ötən gün verilən qərar müsbət qiymətləndirilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər