24 Aprel 2020 16:50
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti “Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, hər iki qanunda bir maddəyə dəyişiklik edilib.

“Torpaq icarəsi haqqında” qanunun 5-ci maddəsinin altıncı abzasından “baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin” sözləri çıxarılıb.

Həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2.5-ci maddəsindən “və fitosanitar nəzarəti xidmətləri” sözləri çıxarılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər