14 May 2020 21:26
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın babasının İkinci Dünya müharibəsi zamanı oynadığı rol təcavüzkar ölkənin baş nazirini çıxılmaz duruma salıb. Bu hadisə həm də Ermənistan baş nazirinin Prezident İlham Əliyev ilə ötən ilin oktyabrında Aşqabadda, bu ilin fevralında Münhendə debatlar zamanı qızarmasının və əsəbiləşməsinin səbəblərini üzə çıxarmaq üçün bizə ip ucları verir.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

O qeyd edib ki, biz Nikol Paşinyanın ikiüzlü siyasətçi olmasının dəfələrlə şahidi olmuşuq:
“Belə görünür ki, Prezident İlham Əliyev Ermənistanı faşizmdə suçlayarkən, faşist əlaltısı Njdenin 6 metr hündürlüyündə abidəsinin ucaldılmasında günahlandırarkən Nikol Paşinyan öz babası Nikolay Vartanoviç Paşinyanı yadına salırdı. Biz bu gün bu biabırçı hadisənin şahidiyik. Belə ki, Ermənistan baş nazirinin babası Nikolay Vartanoviç Paşinyan sovet ordusuna qarşı döyüşərək, əslində, “beçinci kolon” rolu oynayıb və faşistlərə xidmət edib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Nikol Paşinyanın babası sovet ordusu tərəfindən öldürülüb”.

Z.Məmmədov əlavə edib ki, belə olan təqdirdə biz bir daha Nikol Paşinyanın ikiüzlü siyasətçi olmasının şahidiyik və bu bir daha göstərir ki, o, istər daxili auditoriyada, istərsə də xarici auditoriyada inamı, etibarı itirilən şəxslərdəndir:
“Bunun nəticəsidir ki, biz bu gün dünya ölkələrinin ona münasibətində soyuqluğu hiss etməkdəyik. Bu soyuqluq istər okeanın o tayında, istər Avropa ölkələrində, istərsə də Rusiya tərəfindən müşahidə edilməkdədir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşıb. Ermənistan ictimaiyyətinin nümayəndləri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda Hitler Almaniyası tərəfdən vuruşub. Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Enokovan kəndindən müharibədə Nikol Paşinyan ad-soyadlı iki nəfər iştirak edib. Onlardan biri Qızıl Orduda, digəri Vermaxtda qulluq edib. Vermax tərəfində döyüşən Nikol Paşinyan baş nazirin babası deyil.

Lakin Müdafiə Nazirliyinin bu təkzib məlumatı sosial şəbəkə istifadəçilərini qane etməyib. Onlar Nikol Paşinyanın babasının nasist Almaniyasının tərəfində döyüşməsi barədə arxiv məlumatlarının saxtalaşdırıldığını bildiriblər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər