Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.
Axar.az xəbər verir ki, bu barədə Rafiq Manaflı sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, son bir neçə gündə baş verənlər bizə təsirsiz ötüşmədi: "Böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm".
O, istefasının səbəbi barədə bundan artıq açıqlama vermək istəmədiyini də bildirib.
Qeyd edək ki, ötən gün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev istefa verib.
Hər iki şəxs bir neçə gün öncə homoseksuallar haqqında təhqiramiz fikirlər işlədiblər.