Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiyalı həmkarı Serqey Lavrov ilə telefon söhbəti baş tutub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazirlər, mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Çoxtərəfli platformalarda əməkdaşlıq, xüsusilə də MDB çərçivəsində gündəlikdə olan aktual məsələlər Nazirlər tərəfindən müzakirə edilib.
Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə onlayn formatda keçirilən və əsasən koronavirus pandemiyası ilə mübarizə məsələsinin müzakirə olunduğu iclası üzrə ümumi fikir mübadiləsi aparılıb.