23 May 2020 10:05
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sessiyanın gündəliyinə üç məsələ daxil edilib.

Bunlar Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər