Ötən il Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə yaşayan soydaşlarımız üçün Azərbaycan evləri yaradılaraq istifadəyə verilib.
Teleqraf.com-un məlumatına görə, bu, Diasporla İş üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.
Bildirilib ki, hazırda həmin istiqamətdə işlər davam edir.
Eyni zamanda, Almaniyada Azərbaycan evləri həm Berlində, həm də Köln şəhərində fəaliyyət göstərir. Bu il daha 8 evin açılması planlaşdırılır.