11 İyun 2020 14:31
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində məlumat verib:

”Son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin,vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti məni də dərindən narahat etdi və təəssüfləndirdi”.

R.Əhmədli Milli Şurada qalmağı mümkünsüz və faydasız hesab etdiyini vurğulayaraq, Milli Şuranı tərk etdiyini bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Milli Şuradan Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da istefa verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər