18 İyun 2020 14:24
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 16 iyun tarixində "Microsoft" şirkətinin rəhbər şəxsləri ilə videokonfrans formatında görüşü keçirilib. Onlayn görüş zamanı dövlət başçısı bir sıra əhəmiyyətli məsələlərə, o cümlədən hazırki pandemiya dövründə dövlətlər qarşısında duran ciddi problemlərə toxunub.

Bu sözləri Teleqraf.com-a siyasi şərhçi Xəyal Bəşirov deyib.

Bu görüşün xüsusi əhəmiyyətindən bəhs edən Xəyal Bəşirovun sözlərinə görə, videoformatda keçirilən görüşdə prezident ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayıb. Prezident qeyd edib ki, dünya iqtisadiyyatının ciddi zərər gördükləri bir zamanda Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam etməkdədir:

“Eyni zamanda, prezident pandemiya ilə bağlı ölkəmizdə tətbiq olunan məhdudiyyət tədbirlərinin mərhələli şəkildə aradan qaldırılması və müxtəlif sahələrdə fəaliyyətin bərpa edilməsinə yönələn prosesin başlanmasından da bəhs etib”.

Siyasi şərhçi bildirib ki, görüşdə dövlət başçısının vurğuladığı ən ciddi məqamlardan biri də hazırda dünyada prioritet məsələ olan süni intellekt üzrə strategiyanın ölkəmizdə ətraflı işlənib hazırlanması və bilavasitə “Microsoft" şirkətinin fəaliyyət dairəsinə aid olan “kibertəhlükəsizlik” mövzusu olub:

“Görüşdə diqqət çəkən məqamlardan biri də hazırki pandemiya dövründə aktuallaşan "distant (məsafədən) təhsil"lə və onun vacibliyi ilə bağlı dövlət başçısının fikirləri oldu. Prezident İlham Əliyevin məsələ ilə bağlı problemə toxunarkən qeyd etdiyi fikirlərə əsaslanaraq ümid edirəm ki, bu cür mötəbər görüşdə “distant təhsil” sahəsində problemlərin həllinin vacib hesab olunması cavabdeh qurumların məsuliyyəti ilə bağlı onlara bir işarə olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər