“26 iyun Silahlı Qüvvələr Günüdür. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan Ordusu xeyli güclənib. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasındadır”.
Telqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova deyib.
“Silahlı Qüvvələr Günü münasibətilə Ali baş komandan Prezident İlham Əliyev başda olmaqla, bütün şəxsi heyəti, xalqımızı təbrik edirəm”, -deyə spiker qeyd edib.