10 Avqust 2020 14:24
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə prosesi yaxşı təşkil olunub. Prosesi izləyərkən əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq. Avqustun 4-dən 8-dək erkən səsvermə belarusluların seçki kampaniyasına məsuliyyətlə yanaşdığını göstərdi.

Teleqraf.com-a Belarusda seçkiləri müşahidə edən Milli Məclisin deputatı Naqif Həmzəyev belə deyib.

Belarusda seçki məntəqələrində iştirak edən Naqif Həmzəyev bildirib ki, səsvermə kampaniyası Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib:

“Əsas səsvermə günü də seçicilərin fəallığı yüksək olub. Seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən mətbuat konfransı keçirildi. Konfransda elan olundu ki, seçkilər tam şəffaf şəkildə keçib, 83 faiz seçici seçkilərdə iştirak edib, Aleksandr Lukaşenko, 80,23 faizlə liderlik edib, Svetlana Tixanovskya isə 9.9 faizlik səslə ikincidir“.

Deputat qeyd edib ki, Belarusda Ali vəzifə uğrunda 5 namizəd – Belarus Prezidenti postunda dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Lukaşenko, “Həqiqəti söylə” ictimai hərəkatının həmsədri Andrey Dmitriyev, parlamentin aşağı palatasının keçmiş deputatı Anna Kanopatskaya, evdar qadın Svetlana Tixanovskaya və “Belarus Sosial Demokratik Hramada” partiyasının sədri Sergey Çereçen mübarizə aparıb.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərini Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Arzu Nağıyev, Azər Badamov, Naqif Həmzəyev və Kamran Bayramov müşahidə ediblər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər