12 Avqust 2020 18:48
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP və Milli Şura üzvlərinin onlayn sessiyası ilə bağlı növbədi video-görüntülər yayılıb.

Teleqraf.com xəbər verir ki, sessiya zamanı qeyri-ciddi, hətta qeybət xarakterli söhbətlər izləyicidə ikrah hissi doğurmaya bilmir. Onlayın sessiyadan bir hissəni təqdim edirik.

Vidadi Mirkamal: Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?
Cəmil Həsənli: Var, sadəcə bizimkilərdən fərqli olaraq, burdakı adamlar şüurludurlar.

Vahid Məhərrəmli: Bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağolun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdız, plakatlar təşkil olundu. İndi orda kimin statusuna nə qədər layk gəldi, gəlmədi bu elə də əhəmiyyətli deyil, əsas odu yazdıq.

Daha sonra Gültəkin Hacıbəyli və Vahid Məhərrəmli arasında cins inəklərin yaşı ilə bağlı dialıq gedir.

Sessiyadan video-görüntünü təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər