18 Avqust 2020 15:25
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Dağlıq Qarabag rejiminin oyuncaq rəhbəri olan Arayik Aritunyanın sərsəm bəyanatı heç bir hüquqa əsaslanmır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini vuracaqları ilə bağlı onun işlətdiyi ağılsız ifadələr isterikadan yaranan bir haldır. Ermənistanda hakimiyyətdə olan cinayətkar qruplar davamlı bu cür sərsəm bəyanatlar verməklə daxili auditoriyanı hədəf alırlar. Öz hakimiyyətlərini qorumaq üçün aqressiv davranışlara əl atan düşmən, faşizm ideologiyasına sadiq olduğunu nümayiş etdirməklə məşğuldur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, işğalçı Ermənistanda Paşinyan hakimiyyətinə qarşı böyük basqı var:

"Ermənilər iki il öncə küçə aksiyaları ilə hakimiyyətə gətirilən Paşinyan tərəfindən aldadıldıqlarının fərqindədirlər. Bütün bunların fonunda isə Paşinyan qanunsuz yollarla sürətlə varlanmaqda, ermənilər isə aclıq və səfalətə sürüklənməkdədirlər. İndiki hakimiyyət isə özünə qarşı olan hiddəti yayındırmaq üçün Azərbaycanla sərhəddə belə açıq təxribatla əl atmaqdan çəkinmədi. Qüdrətli Azərbaycan Ordusu tərəfindən layiqli cavab almaları fonunda isə Ermənistan hakimiyyəti çətin durum qarşısında qaldı. Bu bəyanatın da səslənməsi məhz o isterikadan yaranan bir haldır”.

Vüqar İskəndərov qeyd edib ki, BMT başda olmaqla, digər nüfuzlu beynəlxalq təşkilatların, bir çox dövlətin və ATƏT-in Minsk Qrupunun hələ də susqunluğunu seyr edirik:

"Cənab Prezident dəfələrlə BMT-nin qətnamələrinin yerinə yetirilməməsi, ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı kəskin mövqe bildirib. Məhz bu səbəbdən də Azərbaycan cəmiyyəti həmsədrlərin faəliyyətsizliyini qınayır. Çünki ortada heç bir fəaliyyət, əməli iş yoxdur. Hazırkı durumda cəmiyyətimiz Ermənistan tərəfindən ölkəmizə qarşı səslənən bu hədələrə onların yanaşmasını və mövqe bildirməsini gözləyir. Artıq işğalçının öz yerində otuzdurulmasının zamanı çatıb. Bunun üçün beynəlxalq zəmin yaranıb. BMT-nin, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqeyi və rəyi mövcuddur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər