25 Avqust 2020 15:47
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə cəbhə xəttində işğalçı Ermənistan tərəfindən növbəti təxribat baş verdi. Güclü ordumuzun sərt həmləsi ilə üzləşən təxribatçı erməni diversantları məhv edildi və bir erməni diversiya komandiri əsir alındı. Bu Azərbaycan ordusunun düşməni hər zaman məhv etmək əzmini bir daha göstərmiş oldu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, bu, Ermənistanın Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir:

“Mahiyyət etibarı ilə sabotaj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimizdir. Amma hər zaman ayıq-sayıq olan Azərbaycan hərbçilərinin peşəkarlığı nəticəsində düşmənin bu aksiyasının qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olub. Amma hər zaman olduğu kimi bu dəfə də Ermənistan tərəfindən yaralanan və ölənlərin ictimaiyyətdən gizlədilməsi halı yaşanır. Ermənistan hakimiyyəti digər hərbi əməliyyatlar kimi bu təxribatlarda da öz xalqına yalan informasiyalar ötürməklə məşğuldur".

Deputat qeyd edib ki, Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir:

”İndiyədək ölkəmizə qarşı bu tipli aksiyalar həyata keçirməyə çalışan bir çox Ermənistan hərbçisi saxlanılıb və mühakimə olunub. Erməni tərəfinin əsir düşmüş zabiti ilə bağlı səsləndirdikləri iddialar da tam əsassızdır. Ermənistan beynəlxalq ictimaiyyətə girov götürdükləri Dilqəm Əsgərov, Şahbaz Quliyevə və azərbaycanlı mülki şəxslərə vəhşicəsinə verdikləri işgəncələrdən danışsaydı, daha obyektiv olardı”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər