Milli Məclis tarixində ilk dəfə olaraq satınalmaların həyata keçirilməsi üçün açıq tender elan edilib.
Milli Məclisdən Teleqraf.com-a verilən xəbərə görə, tenderlə bağlı www.etender.gov.az saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, satınalmaların açıq tender vasitəsilə həyata keçirilməsi Milli Məclis tarixində ilk haldır.
Bu, parlament tərəfindən son dövrlərdə həyata keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirilir.
Son bir neçə ay ərzində parlamentin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması məqsədilə Milli Məclisin Aparatında və İşlər İdarəsində islahatlar reallaşdırılıb.