İsrailin Baş naziri Binyamin Netanyahu və xanımı Sara Netanyahu haqda “Vaşinqton Post” qəzetinin yaydığı məlumat müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, Amerika nəşri Netanyahu və xanımının xarici liderlərə qısa səfərlər zamanı təklif olunan pulsuz paltar yuma xidmətindən sui-istifadə etdiklərini yazıb.
İddiada Netanyahu və xanımı Saranın çox sayda kirli paltar dolu çamadanlarla Ağ Ev gəldiyi və bunları amerikalı xidmətçilərə yudurtduqları deyilib. Mənbə İsrail liderinin bunu bilərəkdən etdiyini yazıb.
İsrailin Vaşinqtondakı səfirliyi isə bəyanat yayaraq, yayılan məlumatları təkzib edib.