30 Sentyabr 2020 21:49
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ayrı-ayrılıqda azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatskanyanla telefonla danışıb.

Rusiya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Atəşin dərhal dayandırılması və gərginliyin deskalasiyası, eləcə də təxribatçı və döyüşkən ritorikanın yolverilməzliyinə çağırış səslənib. Tərəflərin tezliklə danışıqlar masasına qayıtmalarının vacibliyinə işarə vurulub.

S.Lavrov qeyd edib ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması üçün şəraitin yaradılmasına istiqamətlənən vasitəçilik səylərini davam etdirəcək. Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşü daxil olmaqla müvafiq təmasların keçirilməsi üçün Moskva platformasının hazır olduğu təsdiqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər