6 Oktyabr 2020 11:41
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi müharibə gedir, hər bir vətəndaşımızın diqqqəti məhz bu istiqamətə yönəlib. Mən sizə Operativ Qərargahın xahişini çatdırmaq istəyirəm.

Teleqraf.com bildirir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Rəşad Mahmudov deyib.

O, bildirib ki, COVID-19 pandemiyası diqqətdən çıxmamalıdır: “Hər birimiz kütləvi yerlərdə, yas mərasimlərində iştirak edərkən insanlara anlatmalıyıq ki, bu problemə diqqət etsin. Nəzərə almaq lazımdır ki, ön cəbhə ilə yanaşı arxa cəbhə də var. Bu gün ən vacib məqamlardan biri də epidemoloji təhlükənin nəzarətdə saxlanılmasıdır.

Bəli, COVID-19-a yoluxmada azalma var, bu müsbət haldır. Ancaq bizim ordumuza verəcəyimiz ən böyük töhvə epidemoloji vəziyyətə diqqət etməkdir. Bu, təkcə insanların sağlamlıq məsələsi deyil. Əgər yaxın dövrdə yoluxmada artım baş versə, təsəvvür edin ki, bir xəstəyə 6-7 tibb personalı xidmət etməli olacaq. Buna müharibə gedən bir ölkədə yol vermək olmaz”.


Müəllif: Cavad

Oxşar xəbərlər