19 Noyabr 2020 19:13
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəyin baş verməsindən asılı olmayaraq Nikol Paşinyan məğlub ölkənin dövlət başçısı kimi qəbul edilir və ona bəraət olmayacaq. Amma indi Ermənistanın problemi ondadır ki, Paşinyanı əvəz edən, onun səlahiyyətlərini həyata keçirmək iqtidarında olan siyasətçi də yoxdur.

Bu fikirləri Teleqraf.com-a deputat Tahir Kərimli Ermənistanda baş verən qızğın siyasi proseslər haqqında danışarkən deyib.

T. Kərimli qeyd edib ki, hazırda İrəvanda müxalifət ciddi aksiyalar keçirir, Paşinyanın istefasına çalışırlar: “Müxalifət hətta keçid hökuməti yaratmağa hazırdır. Amma keçid hökumətinə kimin başçılıq etməsi məsələsinə dair qərarları yoxdur. Bir sözlə, orada əsl qarmaqarışıqlıq hökm sürür”.

Deputatın qənaətincə, Ermənistanda siyasi, iqtisadi böhranların olması, qarşıdurmaların kəskinləşməsi və hətta vətəndaş müharibəsinin yaşanmasının Azərbaycana hər hansı bir təsiri olmayacaq: “Hələlik Rusiya maraqlıdır ki, Nikol Paşinyan azı dekabrın 1-nə qədər hakimiyyətdə qala bilsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Başqa sözlə, erməni ordusunun bizim torpaqlarımızdan çıxarılması və rayonlarımızın boşaldılmasını həyata keçirsin. Açığı, bu bizə də sərf edir. Torpaqlarımızı qaytarsınlar. Sonra nə istəyirlər etsinlər, arzulayırlarsa bir-birinə silah çəksinlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər