Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablayacağı barədə bildirib.
Teleqraf.com xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Beynəlxalq ictimaiyyət Ermənsitanın işğal dövründə Füzulinin dağıtmasının miqyasını qiymətləndirməlidir”.
O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və işğaldan azad edilmiş Füzuli rayonundadırlar.