24 Dekabr 2020 08:25
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ciddi beynəlxalq əks-səda yaratmadan Qarabağda status-kvonun dəyişməsi Azərbaycan Prezidenti İlham Əliyevin həqiqi uğurudur.

Teleqraf.com xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers deyib.

O xatırladıb ki, Azəraycan əraziləri təxminəmn 30 il ərzində Ermənistanın işğalı altında olub:

"Ermənistanın işğal olunmuş ərazilərdə keçirdiyi etnik təmizləmələr nəticəsində çoxlu sayda azərbaycanlı məcburi köçkünə çevrildi. Bu müddət ərzində beynəlxalq ictimaiyyət tərəfindən "dondurulmuş" kimi qəbul edilən münaqişədə status-kvo dəyişməyib. Nə BMT-nin qətnamələri, nə Madrid prinsipləri, nə də ATƏT Minsk qrupunun fəaliyyəti münaqişənin həllində irəliləyişi təmin edə bilmədi. Münaqişənin diplomatik yollarla həlli üzrə danışıqlar onilliklər boyunca davam etdi. Bu, beynəlxalq diplomatiyada adi praktikadır".

Sabiq prezident bildirib ki, tarixdə öz siyasi hədəflərinə hərbi güclə nail olmağa çalışan ölkələrin sayı az olmayıb, uğursuzluq təqdirində bu addım beynəlxalq arenada yeni dağıdıcı müharibələrə gətirib çıxarıb:

"Amma ciddi beynəlxalq əks-səda yaratmadan Qarabağda status-kvonun dəyişməsi Azərbaycan Prezidenti İlham Əliyevin həqiqi uğuru oldu".

V.Zatlers vurğulayb ki, Azərbaycanın hərbi və siyasi qələbəsi uzun illər ərzində davam etmiş ciddi hərbi hazırlığa əsaslanıb:

"Müasir hərbi texnologiyalara investisiyalar, silahlı qüvvələrin şəxsi heyətinin və komandanlığının təlimi, strateji və taktiki planlama hərbi uğurun aparıcı elementləridir. Amma ən əsas amil hərbi əməliyyatların aparılması üçün əlverişli beynəlxalq vəziyyətin yaranmasına imkan vermiş düzgün gözləmə siyasəti idi. Azərbaycan İkinci Qarabağ müharibəsinin yekunlarına əsasən, çox şeylər qazansa da, böyük oyun hələ başa çatmayıb. Azərbaycan üçün bu uğurun möhkəmlənməsinə xidmət edəcək müəyyən daxili və xarici siyasəti qurmaq çox vacibdir".

Onun sözlərinə görə, söhbət azad edilmiş ərazilərin bərpası üçün investisiyalar, infrastrukturun inkişafı və dəstək proqramlarının hazırlanmasından gedir:

"Türkiyə və Gürcüstanla iqtisadi əməkdaşlığı daha da fəallaşdırmaq lazımdır. Dövlətin səmərəli iqtisadi münasibətlər üçün açıq və sülh içində yaşayan ölkə imicinin dəstəklənməsi çox vacibdir. Ermənistanda daxili siyasi vəziyyət və atəşkəsin şərtləri ilə bağlı bu ölkə ilə yaxın zamanlarda münasibətlərin yaxşılaşmasını gözləmək real görünmür. Amma münasibətlərin normallaşmasına xidmət edəcək mümkün siyasətin formalaşmasını ləngitmək olmaz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər