25 Yanvar 2021 13:49
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il Azərbaycanda 7 siyasi partiya qeydə alınıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir: “Bu siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir və siyasi dialoqun tərəfdaşına çevriliblər. Aktiv partiyaların Vətən müharibəsi dövründə Ali Baş komandanın ətrafında birləşdiyinin şahidi olduq. Amma elə partiyalar var ki, ümumiyyətlə fəaliyyətsizdirlər. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada toplantılarını keçirmir, vaxtında hesabatlarını təqdim etmirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər