9 Fevral 2021 17:14
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9 bəndi tam şəkildə icra edilir. Mövcud problemlər mərhələli şəkildə həll olunur. Azərbaycan-Ermənistan dövlət sərhəddinin demarkasiyası və delimitasiyası işləri uğurla icra olunur. Kommunikasiyaların açılması ilə bağlı 11 yanvar üçtərəfli bəyanat imzalanıb. 10 noybarda imzalanmış üçtərəfli bəyanatına uyğun olaraq Ağdamda Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Qardaş Türkiyə sülhməramlıları artıq tənzimlənmə prosesinə tam nəzarət edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Qarabağda ermənilərin yaşadığı ərazilər beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarıdır:

“Rusiya prezidenti də bu faktı dəfələrlə vurğulayıb. Ona görə də bu ərazilərə gələn hər bir əcnəbi Azərbaycana gəlmiş hesab olunur. Ancaq ölkəmizin razılığı ilə bu baş verə bilər”.

Deputat Fransalı jurnalistlərin Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa gəlişinə icazə verilməməsi məsələsinə də aydılıq gətirib:

“Əcnəbilərə sülhməramlılar bunun ancaq Azərbaycanın razılığı mümkün olacağını xatırladıb. Bu öz növbəsində sülhməramlı prosesə nəzarət mexanizmlərinin güclənməsi deməkdir. Torpaqlarımızın 30 il işğal altında qalması yığılmış kompleks problemdir. Bu problem ölkəmizin başçısının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olunur".

Azər Badamov Ordumuzun şanlı Qələbəsindən sonra məsələnin siyasi platformada davam etdiyini əlavə edib:

“Fransızlar və digər xaricilərin Azərbaycandan icazə almadan Dağlıq Qarabağa gəlişinə qadağa qoyulub. Növbəti mərhələlərdə iki ölkə arasındakı sərhədlərin möhkəmləndirilməsi və kommunikasiyaların açılması nəzərdə tutulur. Xankəndinə və ermənilərin məskunlaşdığı digər ərazilərimizə azərbaycanlıların qayıdışı və birgə yaşayışına adaptasiyası baş verəcək. Zaman ötdükcə Dağlıq Qarabağdakı ermənilərin Ermənistandan imtina edəcəyi də gözləniləndir. Onlar Azərbaycan vətəndaşlığını qəbul etməkdə maraqlı olacaq. Müəyyən müddətdən sonra sülhməramlıların regionda qalmasına da ehtiyac olmayacaq. Bundan sonra hər şeyi düşünülmüş siyasət və zaman həll edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər